Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir
Sosial müdafiə
13 Avqust , 2015 10:44
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin avqustun 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayında əlavə olaraq 14 236 sığortaolunana fərdi şəxsi hesab açıb. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bu ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,59 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 113 053 nəfərə yüksəlib. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 840 548 nəfər) kişi, 40,9 faizi (1 272 505 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,89 faizini (774 756 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,49 faizini (669 039 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,65 faizini (642 931 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,14 faizini (657 921 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,83 faizini (368 406 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Son xəbərlər

Orphus sistemi