Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib
Sosial müdafiə
8 Fevral , 2016 09:58
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Bakı. 8 fevral. REPORT.AZ/ Yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açıb. 

Fondun İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22 faizi (1 889 443 nəfər) kişi, 40,78 faizi (1 301 225 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11 faizini (801 289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01 faizini (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16 faizini (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38 faizini (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34 faizini (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Son xəbərlər

Orphus sistemi