Azərbaycanda əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların sayı açıqlanıb

Azərbaycanda əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların sayı açıqlanıb Onların arasında zəif görənlər üstünlük təşkil edir
Sosial müdafiə
14 Fevral , 2017 13:57
Azərbaycanda əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların sayı açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda əqli və fiziki cəhətdən qüsurlu olan 40 minə yaxın uşaq (1-17 yaşlı) var.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, fiziki qüsuru olan uşaqlar arasında zəif görənlər (16 297 nəfər) üstünlük təşkil edir.

Bundan başqa, əqli cəhətdən zəif inkişaf etmiş uşaqların sayı 5 125, nitqi qüsurlu olanlar 5 193, skoliozlu (onurğa sümüyünün əyilməsi xəstəliyi) uşaqların sayı 4 285 nəfərdir.

Poliomielit və serebral iflic qalığı olan uşaqlar 3 866, kar uşaqların sayı 1 217, zəif edşidənlər 2 908, kor uşaqların sayı 578-dir.

1,5 yaşa qədər olanlar arasında poliomielit və serebral iflic qalığı olan uşaqlar (105), 1,5-3 yaşlı uşaqlar arasında nitq qüsuru olanlar (613), 4-6 yaşlılar arasında zəif görənlər (1 436), 7 yaşlı uşaqlarda (1 420), 8-10 yaşlılarda (3 671) digər qüsurlarla müqayisədə zəif görənlər daha çoxdur. Eləcə də 11-17 yaşlılar arasında zəif görənlər (9 375) və əqli cəhətdən zəif inkişaf edənlər (2 387 nəfər) üstünlük təşkil edib.  

Son xəbərlər

Orphus sistemi