Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb Onlardan 536 659 nəfəri kişi, qalanları qadınlardır
Sosial müdafiə
3 May , 2016 14:55
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

Bakı.3 may. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aprelin 1-nə olan məlumatına əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 303 252 nəfər təşkil edir. 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a veriən məlumata görə, onlardan 536 659 nəfəri kişi, qalanları qadınlardır.

Əmək pensiyası ilə təmin olunanların 781 576 nəfəri yaşa görə, 375 884 nəfəri əlilliyə görə, 145 792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində cari ildə də müvafiq addımlar atılıb. Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Habelə dövlət başçısının müvafiq sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılması həyata keçirilib.

Beləliklə, məqsədyönlü tədbirlərin nəticəsi kimi respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.

Son xəbərlər

Orphus sistemi