Yuxarı
    Bağlamaq

    Azərbaycanda əhalinin sayı açıqlanıb

    Ötən il əhalinin sayı 104,4 min nəfər artıb

    Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda əhalinin sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən il əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb.

    Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır.

    Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi