Azərbaycanda əhalinin sayı açıqlanıb

Azərbaycanda əhalinin sayı açıqlanıb Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Sosial müdafiə
17 Dekabr , 2018 17:44
Azərbaycanda əhalinin sayı açıqlanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 69645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9967730 nəfərə çatıb. 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi