Azərbaycanda əhalinin sayı 88,2 min nəfər artıb

Azərbaycanda əhalinin sayı 88,2 min nəfər artıb Bu il 2306 əkiz, 57 üçəm doğulub
Sosial müdafiə
14 Dekabr , 2016 15:04
Azərbaycanda əhalinin sayı 88,2 min nəfər artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq bu ilin noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.

Son xəbərlər

Orphus sistemi