Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub
Sosial müdafiə
14 İyul , 2016 10:51
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, bu ilin iyun ayının 1-ə olan statistikaya əsasən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 9747,4 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür. 

Son xəbərlər

Orphus sistemi