Azərbaycanda dövlət qulluqçuları üçün təlim mərkəzi açılıb

Azərbaycanda dövlət qulluqçuları üçün təlim mərkəzi açılıb Mərkəz Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əsasında yaradılıb
Sosial müdafiə
9 Dekabr , 2016 06:11
Azərbaycanda dövlət qulluqçuları üçün təlim mərkəzi açılıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuları üçün təlim mərkəzinin açılış mərasimi keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndiliyindən "Report"a verilən məlumata görə, Təlim Mərkəzi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq əsasında yaradılıb.

Yeni açılan mərkəzin Avropa standartlarına uyğun daxili prosedurları və təlim modulları qurmağı gözlənilir. Təlimçilərin bacarıqlarının artırılması üzrə tematik iş planı akademiya tərəfindən müəyyən ediləcək və Təlim Mərkəzi tərəfindən həyata keçiriləcək. Ümumilikdə, Təlim Mərkəzinin yaradılması Dövlət İdarəçilik Akademiyasının daxili təlim bacarığının artırılması və müxtəlif dövlət orqanlarından olan dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması üçün bir vasitə kimi xidmət edəcək.

Akademiyanın rektoru Urxan Ələkbərov Azərbaycanın davamlı inkişaf sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat verib. O, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin dəf edilməsində dövlət və onun institutlarının, xüsusilə də peşəkar dövlət qulluğu sisteminin rolunu xüsusilə vurğulayıb. Rektor bu baxımdan birgə layihə çərçivəsində yaradılan təlim mərkəzinin görəcəyi işlərin miqyası və səmərəsindən əminliklə söz açıb.

Son xəbərlər

Orphus sistemi