Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb

Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb Səlim Müslümov bildirib ki, ölkədə pensiya ilə təmin olunanların 29 faizini əlilliyi olan şəxslər təşkil edir
Sosial müdafiə
1 Dekabr , 2017 11:23
Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb
Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Bu ilin 10 ayı ərzində 400 nəfər əlilliyi olan şəxs işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib: "Özünəməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir".

Nazir bildirib ki, ölkədə pensiya ilə təmin olunanların 29 faizini əlilliyi olan şəxslər təşkil edir.

Son xəbərlər

Orphus sistemi