Yuxarı
    Bağlamaq

    Azərbaycanda bu il doğulan körpələrdən 424-ü əkiz, 12-si isə üçəm olub

    Yanvar-fevral ayları ərzində ölkədə 24 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb

    Bakı. 17 aprel. REPORT.AZ/ Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-fevral ayları ərzində ölkədə 24 648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib.

    Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

    Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi