​Azərbaycanda bu il 100 min nəfər istirahət mərkəzlərinə göndəriş alacaq

​Azərbaycanda bu il 100 min nəfər istirahət mərkəzlərinə göndəriş alacaq Həmkarlar İttifaqları Konfederasiyası 20 mindən artıq insana göndəriş verir
Sosial müdafiə
29 İyun , 2016 19:18
​Azərbaycanda bu il 100 min nəfər istirahət mərkəzlərinə göndəriş alacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 20 mindən artıq insana müxtəlif sahələr arasında bölgü prinsipi ilə göndəriş verir. “Report” xəbər verir ki, bu açıqlama ilə AHİK prezidenti Səttar Mehbalıyev çıxış edib.

Onun sözlərinə görə, həmçinin bu il təxminən 80 min göndərişin də iqtisadiyyatın müxtəlif sahələri və ölkənin bölgələri üzrə yaradılmış həmkarlar təşkilatları tərəfindən veriləcəyi gözlənilir: "Beləliklə, ilin sonuna qədər 100 min insan istirahət mərkəzlərinə göndəriş alacaq".

S.Mehbalıyev qeyd edib ki, göndərişlərin verilməsi üçün hansısa müəssisədə həmkarlar təşkilatının olması vacib deyil: "Kurortlar Birliyi var. İstənilən şirkət o təşkilatla müqavilə bağlaya bilər ki, məsələn, bu il sizdən 500 min manatlıq göndəriş alacağam. Həmin vəsait birliyin hesabına köçürülür və işçilər arasında bölünür".

Onun sözlərinə görə, ötən illə müqayisədə göndərişlərin sayında təxminən 10% artım var: "Əgər ayrılan vəsait artırsa avtomatik olaraq göndərişlər də artır. Məsələn, keçən il və yaxud əvvəlki il Dövlət Neft Şirkəti 5 mln. manatdan artıq vəsait ayırıb və neft sənayesində çalışan işçilərə göndərişlər verilib". 

Son xəbərlər

Orphus sistemi