Azərbaycanda boş iş yerlərinin siyahısı elektron sistemdə yerləşdiriləcək

Azərbaycanda boş iş yerlərinin siyahısı elektron sistemdə yerləşdiriləcək Nazir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 yeni elektron sistem yaradacaq"
Sosial müdafiə
20 İyun , 2017 12:13
Azərbaycanda boş iş yerlərinin siyahısı elektron sistemdə yerləşdiriləcək

Bakı. 20 iyun. REPORT.AZ/ "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 yeni elektron sistem yaradacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, yeni elektron sistemin birində işəgötürənlər vakansiyaları yerləşdirəcək: "Yəni vakansiyalar virtual sistemdə yerləşdiriləcək. Digər sistem isə işaxtaranların öz CV-lərini yerləşdirməsi üçün nəzərdə tutulub. Bu sistemlər vətəndaşların işini asanlaşdıracaq". 

Son xəbərlər

Orphus sistemi