Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib.
DOST Agentliyinin bu növbəti uğuru “Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır.
Qeyd edək ki, Prezident
“Könüllü DOST” proqramına 9600-dən çox müraciət olunub və ötən dövrdə bu proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. “Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub.
DOST könüllülərindən bir qismi artıq DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərirlər.