Yuxarı

​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib

Onların siyahısı Ədliyyə Nazirliyinin saytında dərc olunub

Bakı. 12 may. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, sayca on ikinci müsabiqə üzrə test imtahanından uğurla keçmiş və qanunvericiliyin tələblərinə cavab verən 127 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində söhbət aparılıb.

Hüquqşünas alimlərin, həmçinin vətəndaş cəmiyyəti institutlarının çoxsaylı nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 62 nəfər müvəffəqiyyət qazanıb və onların siyahısı nazirliyin saytında dərc olunub.

Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında uzunmüddətli icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi