Azərbaycanda 463 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Azərbaycanda 463 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib DİN 6 şəhər və rayonda səyyar xidmət keçirib
Sosial müdafiə
9 İyun , 2016 13:02
Azərbaycanda 463 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib

Bakı. 9 iyun. REPORT.AZ/ Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Gəncə və Sumqayıt şəhərləri, Qazax, Samux, İsmayıllı və Xızı rayonlarında səyyar xidmət keçirib.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, nəticədə 463 vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilib.

Eyni zamanda, Sumqayıt şəhərindəki Əliquluuşağı kənd tam orta məktəbində Qubadlı, Samux rayonunun Kolayır kəndində yerləşən orta məktəbdə Kəlbəcər sakinləri üçün səyyar xidmətlər keçirilib.

Gəncədə şəhər və şəhərətrafı qəsəbələrdə keçirilmiş səyyar xidmətlər zamanı 102, Qazax rayonunun Talıblar və Çaylı kəndlərində 165 nəfər, İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də Xızı rayonunda 196a vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilib. 

Son xəbərlər

Orphus sistemi