Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilib

Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilib Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib
Sosial müdafiə
17 May , 2016 13:11
Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı müəyyən edilib.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. 

Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
Dəyişikliyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır.

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi