Həmin şəxslərdən 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.
Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompüter texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.