Azərbaycanda 21 mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə yürüş keçiriləcək

Azərbaycanda 21 mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə yürüş keçiriləcək Yürüşə istənilən şəxs qatıla bilər
Sosial müdafiə
15 Mart , 2016 19:35
Azərbaycanda 21 mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə yürüş keçiriləcək

Bakı. 15 mart. REPORT.AZ/ Martın 18-də saat 12:30-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar “Biz də hamı kimiyik!” adı altında yürüş keçiriləcək.

Bu barədə "Report"a İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, yürüşün məqsədi 21 mart - Beynəlxalq Daun Sindromu Günü ərəfəsində ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək, daun sindromlu şəxslərin cəmiyyətdəki rolunun, yerinin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamaqdır: "Daun sindromlu insanların sosial həyata inteqrasiyasının yalnız onların özləri üçün deyil, həmçinin bütün cəmiyyət üçün gərəkli olduğunu nümayiş etdirmək istəyirik".

Tədbirdə müxtəlif yaş qruplarını əhatə edən daun sindromlu şəxslərlə yanaşı, onların valideynləri, müəllim və pedaqoqlar, birliyin işçi heyəti, eləcə də daun sindromlu şəxslərin cəmiyyətə qazandırılması istiqamətində təşkilata dəstək olmak istəyən insanlar iştirak edəcəklər. Yürüşə istənilən şəxs qatıla bilər.

Tədbir Bakının Nizami rayonunda yerləşən “Heydər Bağı – Park Bulvar”da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi