Azərbaycanda 2 642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib

Azərbaycanda 2 642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib Onlardan 1 392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub
Sosial müdafiə
29 Mart , 2016 17:40
Azərbaycanda 2 642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib

Bakı. 29 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində cari ilin yanvar-fevral aylarında 2 642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlardan 1 392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub.

Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərin kompleks tibbi, sosial və peşə reabilitasiyası işlərinin aparılması üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Mərkəzdə qeyd olunan şəxslərin, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların diaqnostik müayinə və müalicəsi müasir tibbi-fizioterapevtik aparatlardan istifadə şəraitində həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Aparılan bu işlər zamanı həmin müəssisələrdə mütərəqqi beynəlxalq təcrübə əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün müvafiq potensialın yaradılması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi