Azərbaycanda 16 mindən çox vətəndaş münasib işlərlə təmin edilib

Azərbaycanda 16 mindən çox vətəndaş münasib işlərlə təmin edilib 1 903 nəfər şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Sosial müdafiə
18 Avqust , 2015 19:23
Azərbaycanda 16 mindən çox vətəndaş münasib işlərlə təmin edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin 7 ayı ərzində 16 138 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirliyin Dövlət Məşğulluq Xidməti (DMX) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfəri kvota üzrə müəyyən edilmiş iş yerləri ilə təmin edib. Bu dövrdə DMX 1903 nəfər şəxsi dərzi, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib. Həmin şəxslərin 1159 nəfəri Xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərindəki Regional Peşə Tədris Mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib. Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərdən ibarət olub.

Qeyd edək ki, yanvar-iyul aylarında DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 60 860 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

Son xəbərlər

Orphus sistemi