Azərbaycanda 100 nəfər müharibə əlilinə avtomobil verilib

Azərbaycanda 100 nəfər müharibə əlilinə avtomobil verilib Çingiz Əliyev: “Keçən il və cari ilin keçən dövründə 1 830 nəfərdən çox imtiyazlı şəxs dövlət tərəfindən minik avtomobili ilə təmin olunub”
Sosial müdafiə
19 Oktyabr , 2015 15:26
Azərbaycanda 100 nəfər müharibə əlilinə avtomobil verilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabrın 19-da əlilliyi olan daha 100 nəfərə (60 nəfər Qarabağ müharibəsi, 15 nəfər Böyük Vətən müharibəsi, 2 nəfər 20 Yanvar, 13 nəfər Çernobıl AES əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfər şəxsə) “NAZ-Lifan" markalı minik avtomobilləri təqdim olunub.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, avtomobillərin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu deyib: “Ümumilikdə, keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayı artıq 5 650 nəfərə yaxındır".

Son xəbərlər

Orphus sistemi