Azərbaycanda 100 nəfər əlilə minik avtomobilləri verilib

Azərbaycanda 100 nəfər əlilə minik avtomobilləri verilib Xidmət rəisi: "Müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillə təminatı işləri də uğurla davam etdirilir"
Sosial müdafiə
18 Sentyabr , 2015 14:43
Azərbaycanda 100 nəfər əlilə minik avtomobilləri verilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu il ərazində növbəyə dayanan daha 100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri verilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, onlardan 7 nəfəri Böyük Vətən müharibəsi və 58 nəfəri Qarabağ müharibəsi əlilləri, digərləri 20 Yanvar, Çernobıl AES əlilləri və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması zamanı nazirliyin yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, ötən il 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər "Naz-LİFAN" markalı minik avtomobili ilə tam təmin olunublar: "Eyni zamanda, 2014-cü ilin mart ayınadək növbəyə dayananlara da artıq minik avtomobilləri verilib. Hazırda xüsusi tibbi göstəriş əsasında bu il ərzində növbəyə dayanan imtiyazlı şəxslərin minik avtomobili ilə təminatı işləri aparılır".

Xidmət rəisi bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillə təminatı işləri də uğurla davam etdirilir: "Respublikanın bölgələrində 375 fərdi evin tikintisi həyata keçirilib və inşası başa çatmış evlərin istifadəyə verilməsinə başlanılıb".

Tədbirin sonunda əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanlara, o cümlədən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi