Yuxarı

Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb

Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb
Dekabrın 21-i ən uzun gecə olacaq

Bakı 15 dekabr. REPORT.AZ/ Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun "Report"a verdiyi məlumata görə, Azərbaycana qış dekabrın 21-də saat 14:44:12-də daxil olacaq. Həmin gün ən uzun gecə olacaq.

Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi