Bu il Azərbaycana daha çox hansı ölkələrin vətəndaşları gəlib?

Bu il Azərbaycana daha çox hansı ölkələrin vətəndaşları gəlib? Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub
Sosial müdafiə
6 Avqust , 2015 12:15
Bu il Azərbaycana daha çox hansı ölkələrin vətəndaşları gəlib?

Bakı. 6 avqust. REPORT.AZ/ Bu ilin 6 ayı ərzində Azərbaycan sərhədlərini keçən vətəndaşların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən xəbərə görə, ölkənin sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.

Onların 66,3 faizi Azərbaycan, 10,4 faizi Rusiya Federasiyası, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Birləşmiş Krallıq, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır.

6 ayda ölkəyə gələn xarici vətəndaşların sayı isə 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Bu dövrdə ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 29,1 faiz, 15,2 faiz və 7,5 faiz təşkil edib.

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya Respublikası, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.

Eyni zamanda, bu ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub. 

Son xəbərlər

Orphus sistemi