Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya pensiya təminatı və əmək miqrasiyası üzrə sazişlər imzalayacaq

    Səlim Müslümov Rusiya Sosial Sığorta Fondunun nümayəndələri ilə görüşüb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan və Rusiya pensiya təminatı və əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalamağa hazırlaşır.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda Rusiya Sosial Sığorta Fondunun nümayəndələri ilə görüşdə bildirib.

    "Azərbaycan pensiya təminatı üzrə Rusiya ilə ikitərəfli sazişi olmayan yeganə MDB ölkəsidir. Hazırda Rusiya tərəfi ilə pensiya təminatı və əmək miqrasiyası sahəsində iki saziş imzalamağa hazırlaşırıq", - deyə S.Müslümov vurğulayıb.

    O qeyd edib ki, hazırda Rusiya Azərbaycanın ən böyük tərəfdaşıdır və Rusiya iqtisadiyyatının baş verən istənilən dəyişiklik Azərbaycana da təsir edir.

    "Rusiya və Azərbaycan iqtisadi tərəfdaşdır. Eyni zamanda, hər iki ölkə enerji ehtiyatlarının ixracı ilə məşğul olur. Enerji daşıyıcılarının dünyada qiymətinin aşağı düşməsi iqtisadiyyatlarımıza da mənfi təsir edib", - deyə S.Müslümov bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi