Azərbaycan Texniki Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən növbəti aktiv məşğulluq tədbiri təşkil olunub.
Sosial müdafiə
14 Dekabr , 2018 19:44
Azərbaycan Texniki Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU)  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən növbəti aktiv məşğulluq tədbiri təşkil olunub.

Nazirlikdən "Report"a verilən xəbərə görə, “Karyerada ilk addım” devizi altında keçirilən tədbirdə məqsəd tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi olub.

Tədbirin açılışında AzTU-nun rektor əvəzi Xalıq Yahudov və Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov iştirak ediblər.

Qeyd olunub ki, gənclərin səmərəli məşğulluğunun təmin olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm istiqamətlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu istiqamətdə aktiv məşğulluq tədbirləri davam etdirilir. Cari ilin 11 ayında Nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin olunanların 14258 nəfəri və ya 28,4 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 1212 nəfəri və ya 49,1 faizi gənclərdir. Bu il Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 250-yə yaxın gənc peşə hazırlığına cəlb edilib.

Özünüməşğulluq proqramında da gənclərin fəal iştirakının təmin edildiyi, cari ildə proqrama cəlb olunanlardan 1026 nəfərinin gənclər olduğu bildirilib.

“Karyerada ilk addım” devizi altında AzTU-da təşkil olunan aktiv məşğulluq tədbirində 72 müəssisədən 267 vakant iş yerləri təqdim edilib.

İştirakçılara seçimlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunlar işəgötürənlərin nümayəndələri ilə ilkin əlaqələr qurub, əmək bazarı barədə ətraflı məlumatlar əldə ediblər. Onlar işəgötürənlərin nümayəndələrinə şəxsi məlumatları əks olunan CV-lərini təqdim ediblər. İşəgötürənlər isə gələcəkdə onlar üçün gərəkli olacaq ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər.

Son xəbərlər

Orphus sistemi