"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun qüvvəyə minib

"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun qüvvəyə minib Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyən edilib
Sosial müdafiə
1 Yanvar , 2016 09:00
Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanun qüvvəyə minib

Bakı. 1 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" qanun bu gündən qüvvəyə minir.

"Report" xəbər verir ki, sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği müəyyənləşdirilib.

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi