Azərbaycan Prezidenti: "Yarım il ərzində 122 min yeni iş yeri açılıb"

Azərbaycan Prezidenti: "Yarım il ərzində 122 min yeni iş yeri açılıb" Bunun 101 mini daimidir
Sosial müdafiə
12 İyul , 2017 14:47
Azərbaycan Prezidenti: Yarım il ərzində 122 min yeni iş yeri açılıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda 122 min yeni iş yeri açılıb ki, bunun da 101 mini daimidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Dövlət başçısı həmçinin əlavə edib ki, hesabat dövründə Azərbaycandan ixrac 36% artıb, Azərbaycana idxal isə 15% azalıb. Ölkənin xarici ticarətində 1,9 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunduğunu, manatın məzənnəsinin sabitləşdiyini, tələbatın daha çox yerli istehsal hesabına ödənildiyini deyən dövlət başçısı növbəti dövr üçün prioritetlərin dəyişməz qaldığını, qeyri-neft sektorunun inkişafının əsas məsələ olduğunu, ölkə üzrə sənaye parklarının yaradıldığını, oradakı rezidentlərin sayının artdığını deyib. Hazırda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması istiqamətində iş aparıldığını qeyd edən İ. Əliyev aqrar sahədə görülən tədbirlər nəticəsində 32, iri fermer təsərrüfatının 38 aqroparkın yaradıldığını, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın inkişafı, fındıq və badam bağlarının salınması, kartof, soya və şəkər çuğunduru əkininin genişləndirilməsi, heyvandarlığın müasir texnologiyalarla inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar verib. Taxılçılıqda idxaldan asılılığın azaldılmasını, buğda əkini sahələrinin genişləndirilməsini, meliorativ tədbirlərin davam etdirilməsini və suvarılan torpaqların artırılmasını qarşıda vəzifə kimi qoyan dövlət başçısı hazırda paytaxtda inşaat sektorunun canlandığını, yararsız və qəzalı binaların yerində yeni binaların tikildiyini, infrastruktur layihələrinin icrasının davam etdirildiyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi