Miqrasiya Məcəlləsinə dəyişiklik təsdiqlənib

Miqrasiya Məcəlləsinə dəyişiklik təsdiqlənib Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Sosial müdafiə
11 Mart , 2015 18:43
Miqrasiya Məcəlləsinə dəyişiklik təsdiqlənib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1207-IVQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməsi və həmin qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797; 2014, № 11, maddələr 1351, 1357; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanunu) 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2015-ci il aprelin 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi