Azərbaycan Prezidenti: "Mənim məxsusi hobbim yoxdur"

Azərbaycan Prezidenti: "Mənim məxsusi hobbim yoxdur" "Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram"
Sosial müdafiə
5 Aprel , 2018 23:49
Azərbaycan Prezidenti: Mənim məxsusi hobbim yoxdur

Bakı. 5 aprel. REPORT.AZ/ "Mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir".

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

"Əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram". 

Son xəbərlər

Orphus sistemi