Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti: "Maaş və pensiyalar yenə də artmalıdır"

    Örtən il Azərbaycana gələn turistlərin sayı 11% artıb

    Bakı. 10 yanvar. REPORT.AZ/ "2016-cı ildə Azərbaycanda sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub".

    "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

    Dövlət başçısı bildirib ki, ötən il maaşlar 7%, pensiyalar 8% artıb və yenə də artmalıdır.

    Azərbaycan Prezidenti vurğulayıb ki, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. 

    Ötən il ölkədə sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, “ASAN Xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 mln. müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN Viza”nın fəaliyyətə başlaması Azərbaycana turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11% artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi