Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək Azərbaycan Ordusunun Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək.
Sosial müdafiə
5 Avqust , 2022 21:44
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu veriləcək.

"Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, Babək Əliyev şəhid statusu alacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi