Yuxarı
    Bağlamaq

    ​Azərbaycan ən ucuz istehlak səbətinə malik ölkələr siyahısına daxil olub

    İstehlak qiymətləri indeksinə görə Bermud adaları liderlik edir

    Bakı. 7 yanvar. REPORT.AZ/ Dünyanın şəhərlər və ölkələr haqqında ən böyük məlumat bazası olan "Numbeo" ölkələrin həyat dəyəri üzrə reytinqini tərtib edib. Reytinqə görə, Azərbaycan ən ucuz istehlak səbətinə malik ölkələr Top-10-luğuna daxil olub.

    "Report" "Numbeo.com"a istinadən xəbər verir ki, istehlak qiymətləri indeksinə görə, Bermud adaları liderlik edir.

    Siyahıda onun ardınca İsveçrə, Baham adaları, Norveç və İslandiya qərarlaşıb. Dünyanın yaşamaq üçün ən bahalı olan ölkələr top-15-i aşağıdakı kimidir:

    Qeyd edək ki, istehlakçı qiymətləri indeksi müəyyən zaman kəsiyində əmtəə və xidmətlərin orta dəyər səviyyəsini nümayiş etdirir. O hesablanan zaman ərzaq mallarının qiymətləri, restoranlarda qiymətlər, kommunal xərclər və nəqliyyatda gediş haqqı nəzərə alınır.

    Reytinqdəki rəqəmlər Nyu-York ilə müqayisədə verilib. Belə olan halda, əgər indeks 133-ə bərabərdirsə, bu o deməkdir ki, həyat dəyəri göstərilən şəhərdən 33 faiz bahadır.

    Azərbaycan 114-cü yerdə qərarlaşıb. Bu sırada ona Ukrayna, Kolumbiya, Əlcəzair, Nepal, Gürcüstan, Qazaxıstan, Pakistan və Moldova qonşuluq edib. Reytinqi Hindistan tamamlayıb.

    Ümumilikdə reytinqdə 122 ölkə iştirak edir.

    Dərc olunan məlumatlara əsasən, Bermud adaları, Honkonq, Qətər, Sinqapur və BƏƏ-də ev kirayələmək müqayisədə daha bahadır. Makedoniya, Bosniya və Herseqovina, Banqladeş, Pakistan və Nepalda ev kirayələmək kifayət qədər ucuz başa gəlir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi