Yuxarı

​Azərbaycan Əmək Məcəlləsində dəyişiklik edilib

Qanun “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar imzalanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, qanun “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar imzalanıb.

Sənədə əsasən, Əmək Məcəlləsinin 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində dəyişiklik edilib. Bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

Qeyd edək ki, indiyədək əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi