Yuxarı

Azərbaycan əhalisinin sayında artım qeydə alınıb

Yanvar ayında ölkədə 5 min ölüm halı olub

Bakı. 13 mart. REPORT.AZ/ Cari ilin fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9602 min nəfərə çataraq ilin əvvəlindən 9 min nəfər və ya 0,1 faiz artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.

Məlumatda o da bildirilir ki, cari ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizini oğlanlar, 46,4 faizini isə qızlar təşkil edir.

Cari ilin yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,9-dan 6,2-yə qədər azalıb.

Cari ilin ilk ayı ərzində rəsmi orqanlar tərəfindən 5,6 min nikah və 1,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi