Yuxarı
    Bağlamaq

    ​Azərbaycan əhalisinin sayı artıb

    Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir

    Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9 mln. 611 min 700 nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2% artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Məlumata görə, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi