Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb Ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir
Sosial müdafiə
15 Avqust , 2017 11:32
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq iyulun 1-dək 9850077 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. 

Son xəbərlər

Orphus sistemi