Azərbaycan əhalisinin sayı 9 milyon 666 min nəfərə çatıb

Azərbaycan əhalisinin sayı 9 milyon 666 min nəfərə çatıb Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür
Sosial müdafiə
15 Oktyabr , 2015 13:24
Azərbaycan əhalisinin sayı 9 milyon 666 min nəfərə çatıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 milyon  666 min nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Son xəbərlər

Orphus sistemi