Təşkilat sədri: "Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir"

Təşkilat sədri: "Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir" “Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir. Onların övladları təhsil haqqlarından azad edilir”.
Sosial müdafiə
4 Oktyabr , 2019 15:07
Təşkilat sədri: Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli / Report / Elchin Murad

“Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir. Onların övladları təhsil haqqlarından azad edilir”.

"Report" xəbər verir ki, bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Qarabağ qazilərinin keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, dövlət tərəfindən şəhid ailələri, Qarabağ və Çernobıl əlillərinə göstərilən xüsusi diqqət göz önündədir: “Sizlər Azərbaycanın qızıl fonduna daxil olubsunuz. Çünki Vətəni qorumaq ən şərəfli işdir. Amma biz bilirik ki, dövlətimizi istəməyən qüvvələr var və onlar çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti qaziləri, onlar da dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər də aradan qaldırılacaq”. 

Son xəbərlər

Orphus sistemi