Yuxarı

Doğulan uşaqların cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdədir

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri: Hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür

Bakı. 10 may. REPORT.AZ/ "Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir".

"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 116 oğlana 100 qız düşür: "Yəni oğlanlar qızlardan 10-11 faiz çoxdur. Azərbaycanda 1975-1980-ci illərə qədər doğulan uşaqların cins nisbəti pozulmayıb. 1998-ci ildən isə cinsi nisbətin pozulma dinamikası artıb".

F.Babayev bildirib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa gələcəkdə kişilərin sayı artacaq : "Sonra gender bərabərliyini bərpa etmək çətin olacaq".

F.Babayev deyib ki, cinsi nisbətin pozulmasının qarşısını almaq üçün bütün aiddiyyəti qurumlar problemin həllinə cəlb olunmalıdır: "Bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri, cəmiyyət birgə həll etməlidir. Çünki qadağalarla məsələni həll etmək qeyri-mümkündür. Məsələyə yanaşmanın dəyişməsi üçün yeganə yol təbliğatdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi