Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycan demokratik-hüquqi dövlətdir, kim nə istəyir onu edə bilməz”.
“Report” xəbər verir ki, bunu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bəzən valideyn 8-ci sinifdə oxuyan qız övladının oxuya bilməməyini bəhanə edərək ümumtəhsil məktəbindən uzaqlaşdırır: "Bəzi valideynlər qızlarını erkən yaşda ailə qurmağa məcbur edirlər. Ailə çox böyük anlayışdır, məsuliyyətlə yanaşmadıqda ortaya çox böyük problemlər çıxır".
Komitə sədrinin sözlərinə görə, övladını erkən evləndirən valideyn bildirir ki, övlad mənimdir, nə istəyirəm onu edirəm: "Bu, düzgün deyil. Dövlət Komitəsi olaraq biz çalışırıq ki, qanun çərçivəsində insanların, uşaqların hüquqlarını qoruyaq".