​Azərbaycan BMT-nin "İnsan inkişafı indeksi" reytinqində 78-ci yerdədir

​Azərbaycan BMT-nin "İnsan inkişafı indeksi" reytinqində 78-ci yerdədir Ölkənin indeksi yüksək inkişaf səviyyəsinə uyğundur
Sosial müdafiə
16 Dekabr , 2015 08:16
​Azərbaycan BMT-nin İnsan inkişafı indeksi reytinqində 78-ci yerdədir

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan BMT-nin 2015-ci il üzrə "İnsan inkişafı indeksi" reytinqində 188 ölkə arasında 78-ci yeri tutub.

"Report" xəbər verir ki, bu barədə qurumun "Human Development Reports 2015" adlı hesabatında bildirilir.

Hesabatda Azərbaycanın indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək inkişaf səviyyəsinə uyğundur.

İnsan inkişafı indeksi həyat səviyyəsi, savadlılıq, təhsillilik və ömür davamlılığı səviyyəsinin insan potensialının əsas meyarları kimi müqayisəsi məqsədi ilə hər ilə əsasən hesablanır.

Reytinqdə ilk pilləni Norveç (0,944), ikinci yeri Avstraliya (0,935) və üçüncü yeri İsveçrə (0,93) tutur. Bu ilin reytinqində son üç yeri 0,391 indeksi ilə (186-cı yer) Eritreya, 0,35 indeksi ilə (187-ci yer) Mərkəzi Afrika Respublikası və 0,348 indeksi ilə (188-ci yer) Niger tutur.

Qonşu ölkələr arasında ən yüksək nəticə Rusiyaya məxsusdur (50-ci yer), ardınca İran (68), Türkiyə (72), Gürcüstan (76) və Ermənistan (85) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi