Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək Qəbul iyulun 21-də keçiriləcək
Sosial müdafiə
17 İyul , 2015 14:22
Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Bakı. 17 iyul. REPORT.AZ/ Gənclər və İdman naziri Azad Rəhimov Quba rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyulun 21-də baş tutacaq.

Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, RİH-nin yanı) keçiriləcək.

Qeyd edək ki, qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09:00-dan 18:00-dək aparılacaq.

Son xəbərlər

Orphus sistemi