Yuxarı

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

Qəbul Quba rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib. 

Quba rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi