Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib

Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib Ümumilikdə 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələri əhatə edən müraciətlər sırasında idman və gənclər üstünlük təşkil edib
Sosial müdafiə
23 Avqust , 2017 12:46
Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib
Report.az

Bakı. 23 avqust. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Qəbələdə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı, şəhər və rayon sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyindən “Report”a verilən məlumata görə, ümumilikdə 20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda müxtəlif sahələri əhatə edən müraciətlər sırasında idman və gənclər üstünlük təşkil edib.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər istiqamətini əhatə edib.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı bu sahədə edilən müraciətlər sırasında olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi