Yuxarı

Azad Rəhimov Masallıda vətəndaşlarla görüşəcək

Qəbul Masallı rayon Gənclər Mərkəzində keçiriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 16-da Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul saat 11.00-da Masallı rayon Gənclər Mərkəzində keçiriləcək. 

Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 10-15 oktyabr tarixləri arasında saat 9.00-dan 18.00-dək qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi