Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək Qəbul Heydər Əliyev Mərkəzində olacaq
Sosial müdafiə
9 Sentyabr , 2016 13:25
Azad Rəhimov İsmayıllıda vətəndaşları qəbul edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 16-da İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “Report”a verilən məlumata görə, qəbulda, Şəki, İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri Heydər Əliyev prospekti 57, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi