Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib

Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib Bir sıra müraciətlər yerindəcə həllini tapıb
Sosial müdafiə
1389
13 Fevral , 2017 12:51
Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edib

Bakı. 13 fevral. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi