Yuxarı
    Bağlamaq

    Azad Rəhimov Biləsüvarda vətəndaşları qəbul edib

    Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub

    Bakı. 1 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşları qəbul edib.

    "Report"un verilən məlumatına görə, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında baş tutan qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından 30-a yaxın sakin iştirak edib.

    Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.

    Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti aid olub.

    Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

    Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi